Ziddiyyətli xəbərlər neftin qiymətini stabil saxlayıb
Dünya birjalarında neft bahalaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% artaraq 46,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,12% artaraq 48,48 dollar olub.
ABŞ və Liviyada hasilatın artması neftin qiymətini təzyiq altında saxlayır. Digər tərəfdən, qlobal səviyyədə tələbin artım dinamikası nümayiş etdirməsi treyderləri tərəddüd içində saxlayır.
ABŞ-ın Energetika Nazirliyinin proqnozuna əsasən, avqustda ötən ayla müqayisədə ölkə üzrə sutkalıq hasilat 113 min barel artaraq rekord səviyyə olan 5,585 mln. barelə çatacaq. Bu gözləntilər özünü doğruldarsa, ABŞ-da neft hasilatı ardıcıl 8 ay artım nümayiş etdirəcək.
Buna baxmayaraq, "S&P Global Platts" tərəfindən keçirilən sorğuda iştirak edən analitiklərin konsensus-proqnozu onu deməyə əsas verir ki, ötən həftə ABŞ-da kommersiya ehtiyatları 3 mln. barel azalıb.
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV