Məhkəməsinə getmək istəməyən müttəhimi prosesə belə gətirdilər

Ötən ilin 15 iyulunda dövlət çevrilişinə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücuma görə həbs edilən 47 müttəhimin məhkəməsi davam etdirilib. Muğlada keçirilən məhkəmə iclasından əvvəl keçmiş xüsusi təyinatlı Haldun Gülmez maşından düşmək istəməyib. Əsgərlər onu qollarından və ayaqlarından tutaraq zorla məhkəmə zalına aparıblar.

 

Haldun Gülmez bundan əvvəlki məhkəmə prosesinə də məcburi qaydada aparılmışdı. Proses zamanı isə hakimlə mübahisə edən müttəhim zaldan çıxarılmışdı.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR