Türkiyədə tanınmış qapıçı həbs edildi
Türkiyədə tanınmış qapıçı həbs edilib. APA TV-nin məlumatına görə, FETÖ terror təşkilatının əlaqə vasitəsi hesab edilən Bylock tətbiqindən istifadə etdiyi bildirilən “Kastamonu 1966” futbol klubunun qapıçısı, 37 yaşlı Oğuzhan Bahadır saxlanılıb.
Prokurorluqda aparılan araşdırmalarla Oğuzhan Bahadırın Bylock-dan istifadə etdiyi məlum olub. Barəsində həbs qərarı verilən qapıçı evində tutulub. Məhkəmə Oğuzhan Bahadır barəsində həbs-qətimkan tədbiri seçib.
Oğuzhan Bahadır Türkiyənin bir çox tanımış klubunda çıxış edib. O, ötən mövsümün dövrələr arası transferi zamanı “Kastamonuspor 1966” klubuna keçmişdi.
OXŞAR XƏBƏRLƏR
11:32
183
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
536
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
582
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
571
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1074
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
1001