“Qarabağ” mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət etdi
Azərbaycanın “Qarabağ” futbol klubu iyulun 18-də Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Samtredia”yla qarşılaşacaq. APA TV-nin məlumatına görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.
Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.
Matça Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə Azərbaycan klubunun rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.
Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV