Ağstafada canavarlar kəndə hücum etdi
Ağstafada canavarlar kəndə hücum edib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli kəndində baş verib.
Gecə saatlarında kəndə daxil olan yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb. Səhər yuxudan oyanan kənd sakini qoyunları yerə sərilmiş halda görüb.
Camal Vəliyevin dediyinə görə, qoyunlardan 15-i ölüb, 14-nü isə yırtıcılar yaralayıb. Təkcə bir qoyun canavarların dişindən yayına bilib. Kəndlilər deyir ki, əvvəllər də canavarlar kəndə hücum çəkiblər, at və eşşəkləri parçalayıblar. Ancaq mal-qaraya birinci dəfədir zərər verirlər. Kənd sakinləri tələf olan heyvanları götürərək kənddən uzaq ərazidə torpağa basdırıblar.
OXŞAR XƏBƏRLƏR
11:32
191
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
536
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
584
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
571
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1074
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
1001