Elza Seyidcahandan təkzib gəldi: “Benzin haqqında şeir yazmamışam”
Əməkdar artist Elza Seyidcahan dünən onun adından şeir paylaşanlara əsəbiləşib.
APA TV-nin xəbərinə görə, bəstəkar-müğənni onun adından şeir yayanları "İnstagram" səhifəsində biabır edib: “Ey bəzi savadsız, Azərbaycan xanımına və öz xalqına hörmət etməyənlər... Düşmən axtarmağa dəyməz, düşmən artıq bizim içimizdədir elə. Bir-birimizin adından olmayan sözləri dərc etdiririk. Lazımsız, mənə aid olmayan sözləri mənim adımdan yazırsınız. Bəzi saytlar beləmi tükəniblər ki, həmən yazılan yanlış məlumatı öz saytlarında Elza Seyidcahanın adından yerləşdiriblər? Nə olar ki? Məhkəmədə cavab verərsiniz hamınız ki, nəyə görə əsası olmadan benzinin bahalaşması ilə bağlı guya Elza şeir yazıb, niyə paylaşmısınız?"
Müğənni fikirlərini daha kəskin formada davam etdirib: “Elzanı təhlil edin, təmsil edin, təqlid edin, təbliğ edin, hörmət edin. Amma öz benzininizə yazığınız gəlsin. Çünki öz benzininizi Elzaya sərf edirsiniz. Buna görə də benzin yaxşı olub bahalaşıb. Dəmirin benzininə görə narahat olursunuz, amma öz benzininizə görə heç narahat olmursunuz, Elzaya sərf edirsiniz. Hörmət edirsiniz. Əlbəttə ki, bunu alqışlamaq lazımdır. Ayıb olsun sizlər üçün, tərbiyəsizlər!”
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV