Bakıda bir gecədə iki nəfər bıçaqlandı
Şər vaxtı Bakının Nizami rayonunda iki nəfər bıçaqlanıb. APA TV xəbər verir ki, hadisələrin birində 1982-ci il təvəllüdlü Fərəcov Elməddin Elbəyi oğlu tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb.
Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.
Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğluna bıçaqla xəsarət yetrilib. Onun da tanımadığı şəxslə mübahisə zamandığı bıçaqlandığı bildirilir. E.Səmədzadə hazırda xəstəxanada həkim nəzarəti altındadır.
Qeyd edək ki, hər iki cinayət faktını Nizami RPİ-nin istintaqçıları araşdırır.
OXŞAR XƏBƏRLƏR
11:32
183
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
536
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
582
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
571
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1074
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
1001