Lalə Məmmədova tənqidçilərinə dərs verdi
Əməkdar artist Lalə Məmmədova onu tənqid edənlərə cavab verib.
APA TV-nin məlumatına görə, müğənni sosial şəbəkələrdə ünvanına səslənən "eybəcərsən, qocalmısan” kimi ifadələrə dözməyərək, bunları yazıb:
“Mən sizin bəyənmədiyiniz, eybəcər saydığınız üzü, gözü, donqarlı burnumu sevirəm. Çünki Yaradan belə məsləhət gördü. Mən də onu və yaratdıqlarını sevdim. Deyirsiniz qocalmışam? Olsun, təki qocalmaq hamımıza nəsib olsun. Bu günə qədər yaşıma görə heç kompleks keçirmədim. Çünki yaşadığım illəri boşuna keçirmədim. Bu illər ərzində 2 beynəlxalq müsabiqə laureatı oldum, 2 ali təhsil aldım. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi iş yazdım, filologiya üzrə fəlsəfə doktoru adını qazandım. 15 ildir ki, Milli Konservatoriyanın İctimai Elmlər kafedrasının baş müəllimi olaraq tələbələrə ingilis dili fənnindən dərs deyirəm. Opera və Balet Teatrında "Leyli və Məcnun", "Aşıq Qərib" kimi məsuliyyətli operalarda baş rolları ifa etdim. Bu sadaladıqlarımın içərisində Tanrının mənə ən böyük hədiyyəsi övladlarım oldu".
Lalə Məmmədova xətrinə dəyənlərə bəzi tövsiyələr də verib:
“Sizi dünyaya gətirib min bir əziyyətlə böyüdüb, boya-başa çatdıran analar kimi mən də bir anayam. Heç düşündünüzmü bu haqda? Axı mənim övladım yazılarınızı oxuyur. Siz öz ananızı pak, müqəddəs gördüyünüz kimi, o da anasını belə çirkin sözlərdən uzaq, ən gözəl, ən saf və mərhəmətli qadın kimi görür. Qəlbə dəyən sözlər yazmağa sərf etdiyiniz vaxtı qəlbinizi, gözlərinizi pisliklərdən təmizləməyə sərf edin. İnsanın zahirinə deyil, daxilinə, keçdiyi həyat yoluna nəzər salın, sonra qələminizi işə salın. Ən əsası, həyatı sevin - mən sevdiyim kimi".
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV