“Qalatasaray”dan daha bir ulduz qopdu: Sneyder də getdi

Türkiyənin “Qalatasaray” futbol klubunun hollandiyalı legioneri Uesli Sneyder komandası ilə yollarını ayırıb.

 

APA TV-nin məlumatına görə, Sneyder və klubu arasında muqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 2018-ci ilin may ayına qədər klubla müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.

 

“Qalatasaray” klubunun rəsmi açıqlamasında, Sneyderin komandadan 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 mln. avrodan imtina etdiyi bildirilir. Sneyder həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamağa, əks halda 20 mln avro təzminat ödəməyə razılıq verib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR