Gəncədə ana ilə 5 yaşlı oğlunu maşın vurub öldürdü

Gəncədə avtomobil ana və övladını vurub öldürüb. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Məmmədova Aynurə İsmayıl qızı QAZ-3110 markalı avtomobillə vurulub. Qadın hadisə yerində ölüb, yanında olan övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  Lakin 5 yaşlı Məhəmməd Abbasovun da həyatını xilas etmək olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

 

Sürücü maşını hadisə yerində qoyaraq qaçıb. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının Göygöl rayonunun Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlu tərəfindən törədildiyi məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib.

 

Hadisənin bəzi detalları da məlum olub. İqbal Şərifov dostunun avtomobilini idarə edib və Nizami Gəncəvi prospekti ilə yüksək sürətlə hərəkətdə olub. Qarşısındakı avtomobil dayanaraq piyadalara yol verən zaman 24 yaşlı İqbal Şərifov onu yandan ötüb keçmək istəyib. Bu zaman yolu keçən piyadalar - Altay Abbasov və 11 yaşlı oğlu dayansa da, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aynurə Abbasova 5 yaşlı oğlu Məhəmmədlə yolu keçmək istəyib. Nəticədə QAZ-3110 markalı avtomobil onları vurub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR