Qobustanda “KİA” aşdı, sürücü və xanımı yaralandı

Bakı-Şamaxı yolunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı sakini, 1992-ci il təvəllüdlü Ceyhun Kərimov idarə etdiyi “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ziyafət Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR