Müstəqil həyata ilk addım - QƏBUL İMTAHANLARI BAŞLADI
İllərdir topladıqları biliklərini nümayiş etdirməyə çalışan abituriyentlər və ən azı övladları qədər həyəcanlı olan valideynlər... İmtahan keçirilən məktəbin qarşısında isə təcilli tibbi yardım və maşını dayanmışdı.
Bu gün Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat davam edib.
Bu gün 35 minə yaxın abituriyent üçün ən özəl və ən həyəcanlı günlərdəndir. Onlar həyatının həlledici məqamlarından birini yaşayırlar - ali məktəbə qəbul imtahanı verirlər. Hazırda abituriyent olmaq istəyənlər üçün 2 və 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunub.
Qızmar günün altında övladlarını gözləyən valideynlərin həyəcanı isə açıq-aşkar hiss olunurdu.
Budur, abituriyentlər imtahandan çıxmağa başlayır. Suallar kimin üçünsə çətin, kimin üçünsə asan olub.
Qeyd edək ki, abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin, 3004 nəfəri isə rus bölməsinin məzunudur. Onların 15407 nəfəri oğlanlar, 18634 nəfəri isə qızlardır. 25741 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6903 nəfər əvvəlki illərin məzunlarıdır. 59 nəfər ali təhsil müəssisələrinin, 1338 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 176 abituriyent isə xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 58, ən gənci isə 15 yaşındadır. İyulun 15-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV