Saatlıda 10 saatlıq yanğın: 82 TON OT YANDI
Saatlıda 82 ton ot yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əhmədbəyli kəndində Süleymanov Şahin Salman oğluna məxsus təsərrüfatda qeydə alınıb.
10 saat davam edən yanğın nəticəsində ümumi sahəsi 323 kv. m olan ayrı-ayrı talvarın yanar konstruksiyaları 291 kv. m sahədə, 201 ton ot bağlamasının 82 tonu yanıb. Təsərrüfat sahibinin bildirdiyinə görə, ümumilikdə təsərrüfata 80 min manatlıq ziyan dəyib. Belə ki, 28 min ədəd preslənmiş yonca küpləri, 16 ton toxumluq taxıl, qonşuların ot tayaları və tövlələri yanıb.
Gündüz saat 12.00 radələrində başlayan yanğın saat 22.00-a qədər davam edib. Yanğının söndürülməsinə Saatlı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 avtomobili və canlı qüvvəsi, həmçinin rayon icra hakimiyyətinin 3 texnikası cəlb edilib. Yanğın söndürülüb, 119 ton ot yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV