"Mercedes" yük maşını ilə toqquşdu: 1 ÖLÜ, 2 YARALI
Bakı-Qazax avtomobil yolunun 105-ci kilometrliyində ağır yol qəzası baş verib. 1 nəfər ölüb, 2 nəfər yaralanıb. APA TV-nin xəbərinə görə, Hacıqabul rayonu Pirsaat kəndi ərazisində Bakı sakini Əmirov Elmir Tağı oğlunun idarə etdiyi "Mercedes" markalı, 99 BE 629 dövlət nömrə nişanlı avtomobil Oqtay Kazımovun idarə etdiyi "HOWO" markalı, 90 JO 984 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sərnişini, Sumqayıt şəhər sakini Rzayev Kərim Müstəqim oğlu hadisə yerində ölüb. "Mercedes"in sürücüsü və digər sərnişin, Sumqayıt sakini Yusifov Sərrac Oruc oğlu Şirvan Şəhər Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdiriliblər.
Faktla başlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
568
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
598
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
792
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2161
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2134
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1961