25 min manatlıq mal-qara oğurlayanlar tutuldu

Azərbaycanda mal-qara oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu, Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.

 

Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış tədbirlərini davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində 13 fərdi təsərrüfatdan ümumilikdə 20-yə yaxın iri buynuzlu mal-qara oğurladıqları məlum olub.

 

Sabirabad RPŞ-nin müstəntiqi Mirzahid Abbasovun sözlərinə görə, İlyas Bədəlov və Ramil Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İlyas Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilib.

 

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə təsərrüfat sahiblərinə 25 min manata yaxın maddi ziyan vurublar. İ.Bədəlov və R.Cəfərov saxlanılandan sonra dəymiş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR