“Code Academy” ilə “Havas Media Azərbaycan” strateji əməkdaşlıq sazişi imzaladı

“Digital Marketing Institute” (DMI) ilə rəsmi partnyorluq əsasında qlobal standartlara uyğun dijital marketinq dərsləri tədris edirik. Tələbələrimizin aldığı təhsili tətbiq etmək üçün də ən uyğun yerlərdən biri, əlbəttə ki, qlobal reklam agentliyidir”. APA TV-nin məlumatına görə, bu barədə “Code Academy”nin rəhbəri Ülvi Aslanov bildirib.

 

O, “Code Academy” haqqında məlumat verib. 2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” texnologiya sahəsində təcrübəli kadrlar hazırlayan tədris müəssisəsidir. Burada proqramlaşdırma, sistem administratorluğu, dizayn, dijital marketinq kimi istiqamətlər üzrə fərdi və korporativ tədris proqramları həyata keçirilir.

 

Ülvi Aslanov əməkdaşlığa başladıqları “Havas Media Azərbaycan”ın ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl agentliklərdən biri olduğunu vurğulayıb. “Şirkətin dijital marketinqə xüsusi diqqət ayırması digər agentliklər üçün də örnəkdir” deyə o, əlavə edib. Məhz buna görə də “Code Academy”nin rəhbəri əməkdaşlığın bütövlükdə sektorun inkişafına töhfə verəcəyinə inandığını bildirib.

 

“Havas Media Azərbaycan” agentliyinin icraçı direktoru Zaur İsmayılov rəhbərlik etdiyi şirkətin ötən illər ərzində reklam bazarında əldə etdiyi uğurlardan, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, “Havas Media Azərbaycan” 2009-cu ildən bu yana həm kreativ agentlik, həm də media satınalma şirkəti olaraq yerli reklam bazarının aparıcı oyunçularından biri kimi fəaliyyət göstərib. Bundan sonra isə həm də dijital marketinq üzrə ciddi layihələr həyata keçirməyi hədəfləyir. "Yerli məkanda dijital marketinq və proqramlaşdırma üzrə peşəkar mütəxəssislərin hazırlanmasında önəmli işlər görən “Code Academy” ilə iş birliyi Azərbaycanda dijital marketinqin dünya trendləri ilə ayaqlaşmasına hesablanıb" - deyə Zaur İsmayılov əlavə edib.

Sonda “Havas Media Azərbaycan” reklam agentliyi ilə “Code Academy” arasında strateji əməkdaşlıq sazişi imzalanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR