Prokuror Lapşinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Nəsir Bayramov çıxış edib.

 

Prokuror A.Lapşinin 6 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur. O, 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR