Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi jurnalistləri mükafatlandırdı
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, nazirliyin məsul işçiləri, ölkənin aparıcı media orqanlarının rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Səlim Müslümov bu ilin may ayının 25-də "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda KİVDF ilə birgə müsabiqə elan edildiyini, müsabiqənin iyul ayının 5-də başa çatdığını söyləyib. Nazir müsabiqəyə 35 KİV-dən 47 yazı təqdim olunduğunu söyləyib.
Yazılar 4 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqədə 1 birinci yer, 2 ikinci yer, 3 üçüncü yer və 10 yazı müəllifinə həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulmuşdu. 1-ci yerin qalibinə 1000, ikinci yerin qaliblərinə 800, üçüncü yerin qaliblərinə 600 manat məbləğində mükafat fondu nəzərdə tutulub. Həvəsləndirici yerlərin qalibləri isə 200 manatla mükafatlandırılacaqlar.
Daha sonra müsabiqə barədə daha ətraflı məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqədə 10 həvəsləndirici yer nəzərdə tutulsa da, yazıların çoxluğunun və yazılara verilən balların eyni olmasını nəzərə alaraq həvəsləndirici yerlərin sayının 15-ə çatdırıldığını söyləyib. O, müsabiqəyə region jurnalistlərinin də qatıldığını söyləyib: "Yazılar 4 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqədə 1 birinci yer, 2 ikinci yer, 3 üçüncü yer və 10 yazı müəllifinə həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulmuşdu. 1-ci yerin qalibinə 1000, ikinci yerin qaliblərinə 800, üçüncü yerin qaliblərinə 600 manat məbləğində mükafat fondu nəzərdə tutulub. Həvəsləndirici yerlərin qalibləri isə 200 manatla mükafatlandırılacaqlar".
Jurnalistlərin qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edən Ə.Amaşov dövlət qurumları ilə birgə keçirilən müsabiqələrin jurnalistlərin peşəkarlığının artırılmasına xidmət etdiyini söyləyib.
Sonda qaliblər mükafatlandırılıb.
OXŞAR XƏBƏRLƏR
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub