Qaranlıq yolda piyadanı vuran sürücü qaçdı - BAKIDA QƏZA
Gecə saatlarında paytaxtda piyadanı avtomobil vurub. APA TV xəbər verir ki, yol qəzası Bakının Xəzər rayonunda baş verib.
Binə qəsəbəsində qeydə alınmış hadisə zamanı 1976-cı il təvəllüdlü Həsənov İlqar Zakir oğlu yolu keçmək istəyərkən "Renault" markalı minik avtomobilinin zərbəsinə tuş gəlib.
3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən İlqar Həsənovun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisə şahidlərinin bildirdiyinə əsasən, avtomobilin sürücüsü hadisə barədə təcili tibbi yardım xidmətinə məlumat verdikdən sonra həmin ərazidən uzaqlaşıb.
Hadisə ilə əlaqədar Xəzər RPİ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
OXŞAR XƏBƏRLƏR
14:42
108
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
343
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
590
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
632
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
578
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1080