Armstronqun Aydan gətirdiyi toz və daş qırıntıları hərracda - FANTASTİK QİYMƏT

Bəşər övladının ayağı Yerin peyki Aya ilk dəfə dəydiyi zaman toplanan toz Nyu-Yorkda hərraca çıxarılıb.

APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, astronavt Nil Armstronq tozla yanaşı kiçik əl çantasında planetimizə xırda daşlar da gətirib. Hərrac evinin təşkilatçıları tozla daş qırıntılarının olduğu çantanı 3-4 mln. dollar civarında satmağı planlaşdırır.

İnsanın Aya ilk dəfə enməsinin 48-ci ildönümünə həsr olunmuş hərrac iyulun 20-də Nyu-Yorkda "Sotheby's" hərrac evi tərəfindən təşkil olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR