Ankara ilə Moskva arasında 2,5 mlrd. dollarlıq zenit-raket razılaşması
Ankara “S-400” zenit-raket komplekslərinin tədarükünə görə Rusiyaya 2,5 mlrd. dollar ödəməyə hazırdır. APA TV-nin xəbərinə görə, bu barədə “Bloomberg” nəşri Türkiyədəki anonim mənbəyə istinadən məlumat yayıb.
Adı çəkilməyən yüksək vəzifəli məmur Türkiyənin 2018-ci ildə Rusiyadan iki batareya “S-400” zenit-raket kompleksləri əldə etmək niyyətində olduğunu qeyd edib. Daha sonra Türkiyədə əlavə iki batareyanın istehsal edilməsi nəzərdə tutulub.
“Rosoboroneksport”un nümayəndəsi qeyd olunan sövdələşmə barədə şərh verməkdən imtina edib.
Nəşrin məlumatına görə, Türkiyə bundan əvvəl bir neçə dəfə Rusiyadan zenit-raket komplekslərini əldə etməyə cəhd edib, lakin NATO-nun mövqeyi bu planların reallaşdırılmasına mane olub. Türkiyə Vaşinqtonun təzyiqi səbəbindən Çindən də analoji sistemlərin tədarükündən imtina etməli olub.
“Bloomberg”in məlumatına görə, Rusiya istehsalı olan zenit-raket komplekslərinin NATO silahları ilə uyğunlaşmamasına baxmayaraq, Türkiyə “S-400” zenit-raket komplekslərini Alyansın rəhbərliyi tərəfindən məhdudiyyətlərin tətbiq edildiyi bölgələrdə - Ermənistan və Yunanıstan ilə sərhəddə, habelə Egey dənizi sahilində yerləşdirə bilər.
OXŞAR XƏBƏRLƏR
14:42
102
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
339
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
588
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
631
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
578
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1080