Goranboyda elektrik malları satılan mağaza yanıb
Bakı-Qazax magistral yolunda olan mağazada yanğın baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy rayonunun Goran qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, Nəriman Şirinova məxsus bir mağazada başlayan yanğın okyektin anbarını və içərisindəki əşyaları bürüyüb. Nəticədə sahəsi 120 kv/m olan elektrik cihazlarının satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları yanıb.
Alov ona bitişik olan digər mağazaya da keçib. Hadisə yerinə Goranboy, Nafatalan və Kəlbəcər rayon Yanğından Mühafizə Hissələrinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın ram edilərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:42
108
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
343
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
590
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
632
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
578
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1080