DSX 46 ilini sərhəd mühafizəsinə həsr etmiş generala təşəkkür etdi
Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilib.
APA TV məlumat verir ki, mərasimdə həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması barədə prezident İlham Əliyevin sərəncamları çatdırılıb.
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin hazırlanmasında səmərəli fəaliyyətinə görə A.Şəfiyevə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
14:42
100
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
339
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
588
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
631
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
578
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1080