Pəncərə silirdi, 5-ci mərtəbədən yerə yıxıldı - TOVUZDA BƏDBƏXT HADİSƏ
Tovuzda gənc qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.
Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, N.Abbaszadə xalası qızının nişan mərasiminə hazırlıq məqsədi ilə evində təmizlik işləri aparırmış.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:42
115
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
344
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
590
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
632
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
578
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1080