Bakıda lift şaxtaya düşdü, bir nəfər ağır vəziyyətdədir

Bakıda lift şaxtaya düşüb. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada qeydə alınıb.

 

Hadisə yerinə Xətai Rayon Prokurorluğu və Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Bildirilir ki, binadakı 230 saylı mənzildə fəhlə işləyən 1970-ci il təvəllüdlü Ramiz Feyzi oğlu Mərdiyev kustar üsulla hazırlanan qaldırıcı vasitənin şaxtaya düşməsi nəticəsində ayağından xəsarət alıb.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, xəsarət alan şəxsə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır kimi qiymətləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR