Sabirabad sakinlərindən 26 kq-dan çox marixuana götürüldü

Sabirabadda külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının iyun-iyul ayları ərzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 26 kiloqram 522 qram müxtəlif xassəli narkotik maddələr çıxarılıb.

 

Qeyd edilən miqdarda narkotik maddələrin dövriyyəsi və əkilib-becərilməsi ilə məşğul olan 3 nəfər isə saxlanılaraq istintaqa təqdim edilib.

 

Sabirabad RPŞ-ə rayonun Kovlar kənd sakini Rövşən Ağayevin yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. R.Ağayevin evinə keçirilən baxış zamanı qeyd edilən evin yardımçı otaqlarından birindən ümumi çəkisi 18 kiloqram 255 qram olan yaş və qurudulmuş formada olan marixuana aşkarlanaraq götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR