Ağstafa 5 otaqlı ev kül oldu
Ağstafada ev içindəki əşyalarla birlikdə yanıb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Cəfər Cabbarlı küçəsində Sabir Namazova məxsus mənzildə baş verib.
5 otaqdan ibarət olan evin 90 kvadrat metrindəki dam örtüyü və yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Hadisə yerinə Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi alovdan mühafizə olunub.
Ev sahibinin dediyinə görə, hadisə zamanı qızıl-zinət əşyaları, mənzildə yaşayanlara məxsus sənədlər və plastik kartlar yanıb. Alovun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:42
108
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
343
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
590
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
632
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
578
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1080