Sabah imtahan verəcəkdilər, qəzada öldülər - CƏLİLABADDA DƏHŞƏT
Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alar kəndində, Alar-Günəşli avtomobil yolunda baş verib.
Alar kənd sakini 18 yaşlı Ələmdar Əzizov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı su çəninə çırpılıb. Hadisə zamanı sürücü və sərnişini, 18 yaşlı Şəmsi Qarayev dünyasını dəyişib. Onların cəsədləri maşında sıxılmış vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hər iki cəsəd avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən şəxslər bu il orta məktəbi bitirən abituriyentlərdir. Onlar hazırlıq kursundan qayıdırmışlar və sabah qəbul imtahanı verməli idilər.
OXŞAR XƏBƏRLƏR
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub