Təhsil naziri İslamiadanın könüllülərini mükafatlandırdı
Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunma mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində 11 mindən çox tələbə-könüllünun xüsusi rolu olub.
Nazir İslamiadanın qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 gümüş olmaqla ümumilikdə 8 medal qazanıldığını qeyd edib.
Daha sonra İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunub.
OXŞAR XƏBƏRLƏR
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub