Sumqayıtda İNTERNAT MƏKTƏBİNDƏ güclü yanğın
Sumqayıt şəhərində "Birləşmiş məhəllə" deyilən ünvanda yerləşən internat məktəbində güclü yanğın baş verib. APA TV-nin xəbərinə görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlər məktəbin anbarında baş verən yanğının qarşısını alıblar. Nəticədə 150 kvadratmetrlik ərazi yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb. Məktəbin bir hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
568
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
598
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
792
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2161
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2134
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1961