Brilliant Dadaşova erməni musiqiçini tərifləməsinə aydınlıq gətirdi
Xalq artisti Brilliant Dadaşova erməni qarmonçalan Varujan Şahbazyana tərif yağdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, B.Dadaşova şəxsi "İnstagram" səhifəsində paylaşım edərək özünü müdafiə edib və yayılan məlumatları “qara piar” adlandırıb: “Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən, bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdi. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.
Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının "İnstagram"dakı paylaşımlarının altına ürək, əla işarələri qoyduğu üçün qınaq atəşinə tutulub. Məsələ ilə bağlı dünən heç bir açıqlama verməyən xalq artisti bu gün Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib.
OXŞAR XƏBƏRLƏR
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub