“Məzun Evi”ndə xalça və tikiş sexləri yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun Evi” sosial müəssisəsində yaradılmış xalça və tikiş sexləri ilə tanışlıq olub.

 

APA TV-nin xəbərinə görə, S.Müslümov vurğulayıb ki, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün Abşeron rayonunun Masazır qəsəbəsində “Məzun evi” sosial müəssisəsinin yaradılması, burada yeni inşa olunmuş yaşayış binalarında onların mənzillə təmin olunması Azərbaycan prezidentinin bu təbəqədən olan gənclərə xüsusi qayğısının və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir: "Sevindirici haldır ki, gənclər buraya köçürüldükdən sonra onların bir çoxu ailə də qurublar və indi burada yaşayanlardan 51 nəfəri ailəlidir. Həmin ailələrdə 50 nəfərə yaxın uşaq da böyüyür. Bu pilot bir layihədir. Burda 18 nəfər işlə təmin olunub. Maliyyə dəstəyinə görə Beynəlxalq Miqrasiya Təşkilatına dərin minnətdarlığımı bildirirəm".

 

Sakinlərin və gənclərin əl işi ilə tanışlıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsinə hədiyyə təqdim olunub.

 

Yaxın vaxtlarda yaşayış binasının birinci mərtəbəsində xalça sexi ilə yanaşı, tikiş sexlərinin açılması nəzərdə tutulur. Bununla da müəssisədəki gənclərdən daha 28 nəfərinin məşğulluğu təmin olunacaq. Onlar burada işə başlamazdan əvvəl  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xalçaçılıq və tikişçilik peşələri üzrə peşə hazırlığı kurslarına cəlb olunublar və işləyəcəkləri peşələrin sirlərini öyrəniblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR