Kim Çen In ilk qitələrarası ballistik raketin yaradıcılarını mükafatlandırdı
Kim Çen In Şimali Koreyanın ilk qitələrarası ballistik raketinin tərtibatçılarını mükafatlandırıb.
APA TV-nin məlumatına görə, Şimali Koreya lideri “Xvason-14” ballistik raketinin sınaqlarından çox razı qalıb.
Silahın hazırlanmasında seçilənlər Kim İr Sen və Kim Çen İr ordenləri, Koreya Xalq Demokratik Respublikasının Qəhrəmanı və Əmək Qəhrəmanı adları, o cümlədən “Oraq və çəkic” medalları, birinci dərəcəli Dövlət Bayrağı Ordeni ilə təltif edilib.
Bundan başqa, Şimali Koreya lideri raketin yaradıcılarına xatirə saatı və şəxsi sitatlarından ibarət kitab hədiyyə edib.
Xatırladaq ki, iyulun 4-də Şimali Koreya “Xvason-14” ilk qitələrarası ballistik raketi sınaqdan keçirib. Rəsmi Pxenyan sınağın uğurla keçdiyini bildirib. Raketin hündürlükdə uçuş trayektoriyası 2802 km, uçuş məsafəsi isə 933 km olub.
OXŞAR XƏBƏRLƏR
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub