Səfir: "FETÖ riyakarlıq və gizlilik üzərində qurulmuş terror təşkilatıdır"
Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə Bakıda “Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” mövzusunda tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdi ölkəsinin tarixindəki ən qanlı terror aktı kimi qiymətləndirib.
Səfir bildirib ki, Fətullah Gülənin "müridləri" 15 iyulda günahsız insanlara qarşı öldürücü silahlardan istifadə ediblər. FETÖ-nün riyakarlıq və gizlilik üzərində qurulmuş yeni bir terror təşkilatı olduğunu qeyd edən Erkan Özoral dövlət çevrilişinə cəhddən sonra Türkiyə dövlətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr olub. Türkiyə xalqı öz prezidentinin ətrafında sıx birləşərək, mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan verməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, 15 iyul şanlı bir tarixdir.
Tədbir çıxışlarla davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub