Prezident icra başçılarına vaxt verdi - CƏZA TƏDBİRLƏRİ GÖRÜLƏCƏK!
“Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da fəal olmalıdırlar”. APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Dövlət başçısı bildirib ki, bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır və buna son qoyulmalıdır.
“İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.
Prezident iş adamlarını tikinti materialları sektoruna sərmayə qoymağa çağırıb və bildirib ki, bundan sonra Azərbaycanda inşaat işləri daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi