Avropa Liqası: “İnter” oyunun sonunda vurduğu qolla qalib gəldi

Avropa Liqasında II təsnifat mərhələsinə start verilib. APA TV-nin məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan matçlardan birincisi Bakıda keçirilib.

 

Günün yeganə qarşılaşmasında “İnter” meydana çıxıb. Paytaxt təmsilçisi Lüksemburqun “Fola” komandasını qəbul edib. Matçın taleyini bir qol həll edib.

 

"İnter" ilk hissədə təşəbbüsü ələ alsa da, üstünlüyünü qola çevirə bilməyib. İkinci hissənin sonunda Mirhüseyn Seyidovun vurduğu qol komandamızın ilk matçdakı qələbəsini rəsmiləşdirib.

 

Komandalar arasında cavab görüşü iyulun 20-də keçiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR