Brilliant Dadaşova ermənini niyə tərifləyib? - XALQ ARTİSTİ SUSUR

Xalq artisti Brilliant Dadaşovanın "İnstagram" sosial şəbəkəsində erməni musiqiçi ilə yazışması yayılıb.

 

APA TV-nin xəbərinə görə, Brilliant Dadaşova Varujan Şahbazyan adlı erməni musiqiçinin paylaşdığı videoya “super” şərhini yazıb. O isə cavabında “sağ ol, əzizim” yazıb.

 

Varujan videoda Azərbaycan mahnısı ifa edib. Musiqiçi B.Dadaşovanın İnstaqram səhifəsini izləyənlər siyahısındadır. Bir müddət əvvəl V.Şahbazyanın “Youtube” kanalında B.Dadaşovanın “Ağ çiçəyim” mahnısını ifa edən videosu da yerləşdirilib. 

 

Brilliant Dadaşova isə mövzu ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirib. Xalq artistinin mövqeyini mətbuat katibi Hüseyn Cavadzadə açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR