Şirvanda mağazadan 12 telefon oğurlandı - KAMERA GÖRÜNTÜSÜ

Şirvanda maskalı şəxslər mağazadan oğurluq edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, oğurluq hadisəsi gecə saat 4.00 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində mobil telefon və aksesuarlar satılan “Aki-Telekom” mağazasında baş verib.

 

Şirvan sakini, 1987-ci il təvəllüdlü Babayev Aqşin Hacıbaba oğluna məxsus mağazanın təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olur ki, mağazaya daxil olan 4 nəfər maskalı yeniyetmə oradan ümumi dəyəri 3 min manat olan 12 ədəd mobil telefon götürərək oranı tərk ediblər.

 

Faktla bağlı Şirvan polisi tərəfindən əməliyyat və istintaq tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR