Erməni hərbçiləri Qarabağda qəzaya uğradı, xeyli yaralanan var
Ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.
Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb. V.Qriqoryan keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər xəsarət alıblar.
V.Qriqoryanın sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç əsgərin vəziyyəti ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
15:07
160
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
203
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
390
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
601
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
642
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
582