Məmmədyarov və Nalbandyan Brüsseldə görüşdü
Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüş keçirilib. APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in yaydığı məlumatda bildirilir.
Məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə baş tutan görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.
Həmsədrlər nazirlərdən prezidentlərin cari ildə görüşünün keçirilməsinə dair təklifini ölkə başçılarına çatdırmağı xahiş ediblər.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi