İsmayıllıda iki nəfərin öldüyü istirahət mərkəzinin hotel müdiri həbs edildi
İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə ilə bağlı hotel müdiri saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək təhlükəsizlik tələblərini kobud surətdə pozması nəticəsində iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
Elxan Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi