Lerikdə 41 yaşlı qadını ilan sancdı

Lerikdə 41 yaşlı qadını ilan sancıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Davradibi kəndində qeydə alınıb.

 

Kənd sakini, 41 yaşlı İradə Yaqubova həyətində təsərrüfat işləri ilə məşğul olarkən onu ilan sancıb. Qadın dərhal yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub.

 

İradə Yaqubovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR