Yol polisinin şöbə rəisi avtomobilində ağır yaralanıb - BAKIDA QƏZA

Gecə saatlarında Bakının Suraxanı rayonunda ağır yol qəzazı baş verib. Aeroport yolunda qeydə alınmış hadisə zamanı bir nəfər xəsarət alıb.

APA TV-nin xəbərinə görə, 31 yaşlı Hüseynov Cabir Firdovsi oğlunun yüksək sürətlə idarə etdiyi “Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan “Azəravtoyol” ASC-yə  məxsus “KamAZ” markalı texniki xidmət maşınına arxadan çırpılıb. Nəticədə sürücü C.Hüseynov ağır xəsarət alıb.

Sürücünün ayaqları avtomobildə sıxılıb qaldığı üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib. Xüsusi alətlərin köməkliyi ilə avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarmaq mümkün olub. Bundan sonra o, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alan sürücü C.Hüseynov Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisidir.

Yol qəzasının təfərrüatlarını Suraxanı RPİ-nin istintaqçıları araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR