"Qarabağ" Gürcüstanın "Samtredia"sını məyus etdi
“Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb.
Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gəlib.
Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa müyəssər olub. Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar 37-ci dəqiqədə daha bir dəfə fərqlənib. Bu dəfə Dino Ndlovu qapını düzgün nişan alıb. CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb.
İkinci yarıya rəqib hücumlarla başlasa da, çempionumuz soyuqqanlılıqla müdafiə olunub. Rəqibə öldürücü zərbə isə son 10 dəqiqədə vurulub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salamlayıb. Ardınca isə Miçel pərdəni endirən zərbənin müəllifi olub - 5:0.
OXŞAR XƏBƏRLƏR
15:07
240
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
293
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
460
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
605
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
648
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
586