Hindistanda sürüşmə nəticəsində azı 16 nəfər ölüb

Hindistanda sürüşmə nəticəsində 16 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.

APA TV-nin “Reuters”ə istinadən verdiyi məlumata görə, Arunaçal-Pradeş ştatında qeydə alınan sürüşmə aramsız yağışlar nəticəsində baş verib.

Hadisə qurbanları Papum-Pare dairəsində yerləşən Laptap kəndinin sakinləridir. Yerli KİV-in məlumatına görə, kəndə aparan yolda uçqunlar olduğundan xilasedicilər hadisə yerinə çata bilmir. Axtarış-xilasetmə işləri ilə ancaq kənd sakinləri məşğuldur. Yerli hakimiyyət orqanlarının qənaətinə əsasən, sürüşmənin əhatə etdiyi ərazidə heç kim sağ qalmayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR