Masallıda toyda olan ailənin evini soydular
Masallıda toyda olan ailənin evinə oğru girib, oradan külli miqdarda qızıl-zinət əşyaları və nəğd pul oğurlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər axşam saatlarında qəsəbənin Abaslı məhəllə sakini Əliəşrəf Səfərova məxsus evdə kimsənin olmamasından istifadə edərək ora daxil olub. Evdən ümumi dəyəri 6000 manata yaxın qızıl-zinət əşyaları və 850 manat dəyərində nəğd pul oğurlanıb.
Ev sahibləri hadisədən evə gələndən sonra xəbər tutublar. Dərhal 102 xidmətinə məlumat verilib.
Faktla bağlı Masallı polisində cinayət işi açılıb, araşdırma gedir.
OXŞAR XƏBƏRLƏR
15:07
241
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
296
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
461
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
605
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
648
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
586