Ucuz gün eynəkləri korluq yarada bilər - REPORTAJ
Gün eynəkləri yay mövsümündə insanların ən çox istifadə etdiyi aksesuarlardan biridir. Kimi onlardan günün ultrabənövşəyi şüalarından qorunmaq, kimi də görünüş üçün istifadə edir.
Paytaxtın əksər ticarət mərkəzlərində, yeraltı keçidlərdə istənilən qiymətə saxta eynəklərə rast gəlmək mümkündür. 3-5 manat qiymətləri olan gün eynəklərinin arasında görünüşcə məşhur markalardan fərqlənməyən aksesuarlar da kifayət qədərdir.
Alıcıların əksəriyyətinin xarici görünüşünə və ucuz qiymətə üstünlük verib aldıqları eynəklər günəş şüasından qorumur, əksinə, gözlərə zərər verir. Optik həkim Əsmər Hüseynova deyir ki, eynək seçərkən diqqətli olmaq lazımdır. Səhv seçim gözlərin zəifləməsinə, göz təzyiqinin yaranmasına səbəb olur, baş ağrısı yaradır: "Keyfiyyətsiz polaroidlər baş gicəllənmə, yeriyəndə ayağın altında yer qaçır kimi təəssürat yaradır. Belə bir keyfiyyətsiz eynək taxan kimi hiss olunur, amma orijinal polaroid bir az böyütmə olur, taxanda hiss olunur ki, rəng dəyişikliyi az olur".
Gün eynəklərinin keyfiyyət sənədində 99 faiz ultrabənövşəyi şüalardan qoruması və ya 400 nanometrdən aşağı şüaları keçirmədiyi barədə məlumat yazılmalıdır. Mütəxəssislər eynək alarkən diqqətli olmağı tövsiyə edirlər: "Keyfiyyətinə heç bir zəmanət verilmir, optikalardan alsalar, daha yaxşı olar. Polaroid olsun, yay fəslində göz altlarını günəş şüalarından qorumaq lazımdır, orqanika ala bilərlər".
Bəs orijinal eynəkləri saxtalardan necə seçmək olar? "Xüsusi testerlər var, ondan bilə bilərlər ki, keyfiyyətlidir. Məsələn, polaroid deyil, orqanikadir. Onun da şüşəsi parıltısız olur, təmiz orqanikada parıltı olmur, mat olur. Şüşəni də əl vuranda səsindən bilmək olur".
Gözlərində problem olan insanların həkim məsləhəti ilə eynək alması məsləhətdir. Əks halda, gündən qorunmaq istərkən gün işığına həsrət qala bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi