İŞİD özünə yeni xəlifə seçdi
İŞİD terror təşkilatı lideri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərini təsdiqləyib. APA TV-nin xəbərinə görə, bu barədə İraqın "əl-Sumarya" telekanalı məlumat yayıb.
Bildirilir ki, Mosulun qərbindəki Telafer şəhərində bir araya gələn terrorçular Bağdadinin öldüyünü təsdiqləyərək, yeni xəlifənin adını açıqlayıblar.
Amma bu xəbər İŞİD içində ciddi parçalanma yaradıb. Adı hələlik mətbuata ötürülməyən yeni xəlifəni təşkilatdaxili çevrilişdə ittiham edən Bağdadinin bir çox tərəfdarları həbs edilib. Ekspertlərin fikrincə, Bağdadinin ölümünün təsdiqlənməsi İŞİD daxilində liderlik savaşını gücləndirəcək.
Xatırladaq ki, iyunun ortalarında Rusiya tərəfi Bağdadinin İraqın Rəqqa şəhəri yaxınlığında məhv edildiyini açıqlayıb. Onun aviazərbələr nəticəsində öldüyü deyilirdi. İyunun sonunda isə İran mətbuatı Bağdadinin meyitinin fotolarını yaymışdı.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi