Bakıda narkotik tərkibli bitkilər əkən şəxslər yaxalandı
Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxslər yaxalanıb.
APA TV-nin məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə yerləşən evlərdən birinin həyətində və otağında narkotik tərkibli kolların əkilməsi və becərilməsi barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşları tərəfindən qeyd edilən mənzilə baxış keçirilən zaman evin həyətindən və otaqların birindən xüsusi üsulla qulluq edilərək yetişdirilən 623 ədəd çətənə kolu və toxumları aşkar edilərək götürülüb.
Daha bir analoji tədbiri Sabunçu RPİ-nin 12-ci PB əməkdaşları həyata keçirib. Əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Gündüz Səfərovun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Şəxsin yaşadığı evə və həyətinə baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 960 qram olan 18 ədəd çətənə kolu və çəkisi 6 kiloqram 960 qram çətənə toxumu aşkar olunaraq götürülüb.
G.Səfərov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi