Sabirabadda motosikletlə "Jiquli" toqquşdu: 1 ölü, 3 yaralı

Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə saat 1.30 radələrində Sabirabad rayonunun Sarxanbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

 

Həmin kəndin sakinləri, 1980-ci il təvəllüdlü Abdullayev Vüsal Tapdıq oğlunun idarə etdiyi motosikletlə 1983-cü il təvəllüdlü Dövlətov Emil Dədəkişi oğlunun idarə etdiyi "VAZ-2107" markalı 90 DK 517 dövlət nömrə nişanlı avtomobil toqquşub. Avtoqəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağır vəziyyətdə olan motosikletin sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, əməliyyat zamanı dünyasını dəyişib.

 

Sarxanbəyli kənd sakinləri olan yaralılardan 1977-ci il təvəllüdlü Əliyev Ramin Əmrah oğlu qapalı kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə, digər yaralılar - 1986-cı il təvəllüdlü Əliyev Rəşad Taqət oğlu sol bud sümüyünün əzilməsi, 1987-ci il təvəllüdlü Məmmədov Tural Kamil oğlu isə çanağın əzilməsi diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR